Faktı Ermənistanın Gürcüstandakı səfirliyi də təsdiqləyib Faktı Ermənistanın Gürcüstandakı səfirliyi də təsdiqləyib

Gürcüstandan narkotik vasitələr çıxarmaq istəyən Ermənistan vətəndaşları saxlanılıb

Faktı Ermənistanın Gürcüstandakı səfirliyi də təsdiqləyib

Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, şübhəli şəxslər Gürcüstanda sərhədçilər tərəfindən Ermənistana gedən avtobusda saxlanılıblar. Buna onların qadağan edilmiş yük aparmaları səbəb olub.

Faktı Ermənistanın Gürcüstandakı səfirliyi də təsdiqləyib. Səfirliyin əməkdaşları sərhəddəki nəzarət-buraxılış məntəqəsinə gəliblər.

Bundan əvvəl isə yerli mətbuat gömrük buraxılış məntəqəsində kokain və həşişin aşkarlandığını bildirib.

Hazırda faktla bağlı istintaq aparılır. Qeyd edilir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırılıb. Gürcüstanın Cinayət Məcəlləsinə əsasən qadağan edilmiş əşyaların daşınmasına görə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Məlumata görə, avtobusu Ermənistan vətəndaşı idarə edib. Faktla bağlı avtobusun bütün sərnişinləri sorğu-sual olunub.

AzNews.az