Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır

İtkin düşən balıqçıların cəsədləri tapıldı

Faktla bağlı araşdırma aparılır

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonu ərazisindəki Candargöldə üç gündür itkin düşən iki balıqçının axtarışları başa çatıb.

Azərbaycandan da dəvət olunmuş helikopter və mütəxəssislərin səyi nəticəsində balıqçıların cəsədləri tapılaraq sudan çıxarılıb.

Gürcüstan Fövqəladə Halların İdarə Olunması Xidmətinin yaydığı məlumatda bildirilir ki, üç gün davam etdirilən axtarışlar həm Gürcüstan, həm də Azərbaycan ərazisində aparılıb. Axtarış tədbirlərinə helikopter, dronlar və dalğıclar cəlb olunub.

Tapılan cəsədlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(AZƏRTAC)

AzNews.az