"Problemlər Süleymani ilə danışaraq həll edilə bilərdi" "Problemlər Süleymani ilə danışaraq həll edilə bilərdi"

Ruhani: "ABŞ bir gün təslim olacaq"

"Problemlər Süleymani ilə danışaraq həll edilə bilərdi"

“ABŞ bir gün təzyiqlərin nəticəsiz qaldığını görəcək, təslim olacaq və danışıqlar masasına oturacaq”.

AzNews.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Tehranda Nazirlər Kabinetinin iclasından sonra çıxış edərkən deyib.

O, Qasım Süleymaninin öldürülməsinə görə Konqresin Donald Trampın, Ağ Evin və Pentaqonun İrana qarşı səlahiyyətlərini məhdudlaşdırdığını xatırladıb.

“ABŞ regiondakı problemləri həll etmək istəsəydi, Süleymani ilə birgə çalışar, onun vasitəsilə buna nail olardı. İndi bu işi 20 nəfərlə görməlidir. Problemlər Süleymani ilə danışaraq həll edilə bilərdi. İndi işləri daha da çətinləşdirdi”, - deyə İran Prezidenti əlavə edib.

H. Ruhani 2013 və 2015-ci illərdə ABŞ-ı zorla danışıqlar masasına oturtduqlarını və istəməkdiləri halda razılaşma sənədini imzalatdıqlarını vurğulayıb. O, bu gün yenidən rəsmi Vaşinqtonu geri addım atmağa vadar edə biləcəklərini iddia edib.

İran Prezidenti ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı danışıb.

“Heç kəs sanksiyaların təsirsiz, hökumətin güclü olmalı olduğunu deyə bilməz. Bu ABŞ-ın mənafeyini müdafiə etməkdir. Sanksiyaların təsirsiz olduğunu deyən ABŞ tərəfdarıdır. Bunlar “ABŞ pis iş görməyib” demək istəyir. Bu cür iddialar reallıqdan uzaqdır”.

Ruhani sonda xalqı 21 fevralda keçiriləcək parlament seçkilərində iştirak etməyə çağırıb.

Pərvanə