Bu barədə qərarı Gürcüstan Baş Nazirinin mətbuat xidməti yayıb Bu barədə qərarı Gürcüstan Baş Nazirinin mətbuat xidməti yayıb

Gürcüstanla Ermənistan arasında gediş-gəliş dayandırılıb

Bu barədə qərarı Gürcüstan Baş Nazirinin mətbuat xidməti yayıb

Gürcüstanla Ermənistan arasında vətəndaşların gediş-gəlişi dayandırılıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə qərarı Gürcüstan Baş Nazirinin mətbuat xidməti yayıb.

Məlumata əsasən, Giorgi Qaxariya ilə ermənistanlı həmkarı Nikol Paşinyan arasında telefon danışığı zamanı martın 14-ü saat 00:00-dan etibarən 10 gün müddətinə hər iki ölkənin vətəndaşlarının qarşılıqlı hərəkətinin dayandırılması barədə ortaq qərar qəbul edilib.

"Eyni zamanda, tərəflər vətənlərinə dönmək istəyən vətəndaşlarının maneəsiz hərəkətini təmin etmək barədə razılığa gəldilər. Məhdudiyyətlər yük daşımalarına şamil edilmir", - deyə Baş Nazirin mətbuat ximətindən verilən məlumatda bildirilib.