Son 24 saat ərzində 51 nəfər vəfat edib Son 24 saat ərzində 51 nəfər vəfat edib

İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

Son 24 saat ərzində 51 nəfər vəfat edib

İranda son sutka ərzində koronavirusa yoluxanların sayı 1 383 nəfər artaraq 107 603-ə çatıb.

AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bunu ölkənin Səhiyyə naziri Kianuş Cahanpur “IRINN” telekanalının efirində deyib.

Nazir bildirib ki, son 24 saat ərzində 51 nəfər vəfat edib. Bununla da koronavirus qurbanlarının sayı 6 640-a yüksəlib.

Cahanpurun sözlərinə görə, indiyədək ölkədə ümumilikdə 86 143 pasiyent sağalıb.