2 612 nəfər koronavirusa yoluxub 2 612 nəfər koronavirusa yoluxub

İranda 120 nəfər öldü - Ötən gün

2 612 nəfər koronavirusa yoluxub

İranda ötən sutka ərzində daha 120 nəfərin koronavirusdan (COVID-19) ölməsi öz təsdiqini tapıb.

Məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 9 185 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda daha 2 612 nəfər koronavirusa yoluxub. Bununla İranda bu virusa yoluxanların sayı 195 051 nəfərə çatıb. Virus daşıyıcılarından 2 789 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi İranda indiyədək 154 812 nəfərin koronavirusdan sağaldığını deyib.

Lari bildirib ki, İranın Xuzistan, Şərqi Azərbaycan, Rəzəvi Xorasanı, Kirmanşah, Hörmüzqan və Kürdüstan vilayətlərində vəziyyət daha təhlükəlidir.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,31 milyondan çox test həyata keçirilib. (Trend)

AzNews.az