“Bir əyalətdə təkcə bir toyda 120 nəfər xəstələnib” “Bir əyalətdə təkcə bir toyda 120 nəfər xəstələnib”

İranda koronavirusa yoluxma halları niyə artır?

“Bir əyalətdə təkcə bir toyda 120 nəfər xəstələnib”

İranda koronavirusun yayılmasının əsas səbəblərindən biri əhalinin toy və dəfn mərasimlərində iştirak etməsidir. AzNews.az “İnterfaks”a istinadən bildirir ki, bunu ölkənin Səhiyyə nazirinin müavini İrac Hərirçi deyib.

“Epidemioloji təhlükənin qırmızı səviyyəsinə malik əyalətlərdə koronavirus xəstələrinin sayının artmasının əsas səbəblərindən biri toy və dəfn kimi yığıncaqların keçirilməsidir”, - “İnterfaks” nazir müavinin sözlərini sitat gətirir. “Bir əyalətdə təkcə bir toyda 120 nəfər xəstələnib”, - o dəqiqləşdirib.

Qeyd edək ki, bu gün İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirmişdi ki, son sutka ərzində koronavirus qurbanlarının sayı 120 nəfər artıb. Bu, ardıcıl olaraq dördüncü gündür ki, İranda COVID-19-dan ölənlərin sayı 100-dən çoxdur. Həmçinin, onun sözlərinə görə, daha 2 612 nəfərdə koronavirus aşkarlanıb (ümumi 195 051).