Təyyarəni qaçırmaq istəyən şəxsi zərərsizləşdirib Təyyarəni qaçırmaq istəyən şəxsi zərərsizləşdirib

İranda təyyarə qaçırmaq cəhdinin qarşısı alınıb

Təyyarəni qaçırmaq istəyən şəxsi zərərsizləşdirib

İranda təyyarə qaçırmağa cəhdin qarşısı alınıb.

Bu barədə İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Aviasiyanın Qorunması üzrə Qərargahının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ötən gün “İran AiR”ə məxsus “Fokker100” təyyarəsi saat 22:10-da Əhvaz şəhərindən Məşhəd şəhərinə uçarkən naməlum şəxs təyyarəni qaçıraraq Fars körfəzi ölkələrindən birinin hava limanına endirmək istəyib.

SEPAH qüvvələri təyyarəni qaçırmaq istəyən şəxsi zərərsizləşdirib. Təyyarə İsfahan şəhər hava limanına təcili eniş edib. Sərnişinlərin hamısı sağlamdır. Təyyarəni qaçırmağa çalışan şəxs həbs olunub. Onun kimliyi açıqlanmayıb. (APA)

AzNews.az