ADDA ilə İsrailin təhsil müəssisələri arasında əməkdaşlıq müzakirə olunub

Fevralın 17-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) akademiyanın rektor əvəzi Eldar Qocayevin İsrailin ölkəmizdəki səfiri Ronen Krausz ilə görüşüb.

Aznews.az xəbər verir ki, görüş zamanı ADDA ilə İsrailin dənizçilik sahəsində fəaliyyət göstərən ali təhsil və təlim müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər akademik mübadilə proqramları, qısamüddətli təlimlər və yay–qış məktəblərinin təşkili, süni intellektin dənizçilik təhsilinə tətbiqi, birgə istehsalat təcrübələrinin təşkili, eləcə də elmi-tədqiqat layihələri üzrə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Qarşılıqlı maraq və konstruktiv dialoq şəraitində keçən görüşün sonunda tərəflər gələcək əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını və əməkdaşlığın sahə üzrə konkret ali təhsil müəssisələri və birgə layihələr vasitəsilə həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildiriblər.

AzNews.az

image description image description image description image description