Onun özünü yaxşı hiss etdiyi bildirilib Onun özünü yaxşı hiss etdiyi bildirilib

İrakli Qaribaşvili koronavirusa yoluxub

Onun özünü yaxşı hiss etdiyi bildirilib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Baş nazirin koronavirus testinin cavabı pozitiv çıxıb.

İ. Qaribaşvilinin özünü yaxşı hiss etdiyi, özünütəcrid rejimində fəaliyyətini distant qaydada davam etdirdiyi bildirilib.