Qanun layihəsi parlamentin səhiyyə komitəsində müzakirə olunub Qanun layihəsi parlamentin səhiyyə komitəsində müzakirə olunub

Pandemiya dövründə Gürcüstana səfər: Yeni qaydalar

Qanun layihəsi parlamentin səhiyyə komitəsində müzakirə olunub

Gürcüstan hökuməti ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yeni qaydalar müəyyən edib.

AzNews.az xəbər verir ki, yeni qaydalara əsasən ölkəyə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sağlamlıq və bədbəxt hadisələrdən sığorta ilə bağlı sənəd təqdim edəcəklər. Bununla bağlı hazırlanan qanun layihəsi parlamentin səhiyyə komitəsində müzakirə olunub.

Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan tələbələrə münasibətdə Gürcüstana daxil olmaq və ölkədə qalmaq üçün sağlamlıq və bədbəxt hadisələrdən sığortanın tətbiqi məqsədəuyğun hesab olunub. Bu məqsədlə ötən ilin sentyabrın 10-da hökumət qərar qəbul edib. İndi isə məsələ parlamentin müzakirəsinə çıxarılıb.

T.Qabuniya parlamentin bu təşəbbüsü dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.