O, Gürcüstanda dini tolerantlığın hökm sürdüyünü vurğulayıb O, Gürcüstanda dini tolerantlığın hökm sürdüyünü vurğulayıb

Gürcüstanın dövlət naziri ölkənin müsəlman icmasını təbrik edib

O, Gürcüstanda dini tolerantlığın hökm sürdüyünü vurğulayıb

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani ölkənin müsəlman icmasını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Aznews.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Nazirin təbrik məktubunda Ramazan bayramının məziyyətlərindən söz açılır, bu bayramın bolluq, əmin-amanlıq, eyni zamanda ruhun təmizlənməsi bayramı olduğu qeyd edilir.

Gürcüstanda dini tolerantlığın hökm sürdüyünü vurğulayan nazir, ölkədəki müsəlman icmasının vətəndaş bərabərliyinin təmin olunmasına böyük töhfə verdiyini xüsusi qeyd edib.