Seçkilərdə 4 namizəd mübarizə aparıb Seçkilərdə 4 namizəd mübarizə aparıb

İranda keçirilən prezident seçkilərinin qalibi məlum olub

Seçkilərdə 4 namizəd mübarizə aparıb

İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində qalib gəlib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ilkin nəticələrə əsasən, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi 28,6 milyon seçicidən 17,6 milyonun səsini alıb.

İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb. Bunlar məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Həzizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Hümməti olub.