Ölkədə virusun təhlükəli növünə yoluxma artıb Ölkədə virusun təhlükəli növünə yoluxma artıb

Gürcüstanda Hindistan ştammına 20 nəfər yoluxub

Ölkədə virusun təhlükəli növünə yoluxma artıb

Gürcüstanda koronavirusun Hindistan ştammına iki yeni yoluxma qeydə alınıb.

Aznews.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

O, bununla ölkədə virusun təhlükəli növünə ümumi yoluxma sayının 20-yə çatdığını bildirib.

Qeyd edək ki, qonşu ölkədə Hindistan ştammına ilk yoluxma faktları mayın 27-də təsdiqlənib.