Sabiq prezident Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib Sabiq prezident Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib

Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçirilən mitinq insidentsiz başa çatıb - FOTO

Sabiq prezident Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib

Tbilisinin Azadlıq meydanında sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçirilən mitinq başa çatıb.

Aznews.az xəbər verir ki, müxalif "Vahid Milli Hərəkat" partiyasının təşkil etdiyi mitinq 4 saata yaxın davam edib.

Mitinq zamanı M.Saakaşvilinin məktubu oxunub. Məktubunda sabiq prezident qeyd edib ki, azadlığa çıxdıqdan sonra heç bir halda revanşa çalışmayacaq.

Mitinq zamanı insident qeydə alınmayıb. Mitinq Gürcüstanın dövlət himninin oxunması ilə başa çatıb.

Xatırladaq ki, qeyri-qanuni yollarla Gürcüstana qayıdan sabiq prezident Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib.

***

Saat 17:36

Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin genişmiqyaslı mitinqi keçirilir.

“Azadlıq” meydanına toplanan müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvləri və tərəfdarları sabiq prezident Mixeil Saakaşvilinin həbsdən azad edilməsini tələb edirlər.

Mitinqə paytaxt sakinləri ilə yanaşı Gürcüstanın müxtəlif bölgələrindən də çox sayda müxalifət tərəfdarının toplaşdığı bildirilir.

Əraziyə çox sayda polis və təcili yardım maşınları cəlb edilib.

Mitinqin keçirildiyi “Azadlıq” meydanında, eləcə də Rustaveli prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Xatırladaq ki, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib.

image description image description image description image description