Mixeil Saakaşvili aclıq aksiyasını dayandırıb

Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi qərarda M.Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını dayandırmaq barədə qərar qəbul edib.

Aznews.az xəbər verir ki, bu barədə onun vəkili Nika Qvaramiya jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, sabiq dövlət başçısı Strasburq məhkəməsinin qərarını nəzərə alıb.

Qeyd edək ki, M.Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirirdi. Siyasətçi noyabrın 8-də Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb.

Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi qərarda M.Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb.