Bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib Bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib

İran XİN helikopter qəzasına görə Azərbaycan xalqına başsağlığı verib

Bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib

İran Xarici İşlər Nazirliyi (XİN) Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğramasına görə Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib.

“Bu acı hadisə nəticəsində 14 nəfərin həyatını itirməsi bizi kədərləndirdi. Bu münasibətlə Azərbaycan xalqına və dövlətinə başsağlığı veririk. Hadisə qurbanlarına Allahdan rəhmət, ailələrinə səbr diləyirik”, - S. Xətibzadə vurğulayıb.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olub:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.

Aznews.az