"İran xalqına və hadisə qurbanlarının ailələrinə başsağlığı verir, onlara Allahdan səbr diləyirik" "İran xalqına və hadisə qurbanlarının ailələrinə başsağlığı verir, onlara Allahdan səbr diləyirik"

Azərbaycanın İrandakı səfiri təbii fəlakət qurbanlarının ailələrinə başsağlığı verib

"İran xalqına və hadisə qurbanlarının ailələrinə başsağlığı verir, onlara Allahdan səbr diləyirik"

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İranda sel və daşqınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Aznews.az xəbər verir ki, səfir Tvitter səhifəsində paylaşdığı başsağlığı mesajında bildirib: “İranda baş verən sel və daşqınlarda çox sayda insanın həlak olması və itkin düşməsinə görə dərin narahatlıq keçirdik. İran xalqına və hadisə qurbanlarının ailələrinə başsağlığı verir, onlara Allahdan səbr diləyirik. Allah rəhmət eləsin”.