İran Ali Məhkəməsi nümayişlərlə bağlı bir ölüm hökmünü ləğv edib

İranda keçirilən Məhsa Emini nümayişləri zamanı müxtəlif ittihamlarla edama məhkum edilən iki müttəhimdən birinin hökmü ləğv edilib, digəri üçün isə ölüm hökmü qüvvədə saxlanılıb.

Aznews.az xəbər verir ki, bu barədə İranın “Şark” qəzetinin məlumatına görə, Məhsa Emini nümayişləri zamanı “polis öldürmək” ittihamı ilə mühakimə olunduğu İnqilab Məhkəməsində edam cəzasına məhkum edilən Məhəmməd Kubadluya verilən edam hökmü Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb.

İnqilab Məhkəməsi tərəfindən mühakimə olunaraq edam cəzasına məhkum edilən Cevad Ruhinin nümayişlər zamanı "ictimai malların dağıdılması, Qurani-Kərimin yandırılması kimi ağır cinayətlər törətdiyi" əsası ilə hökmü ləğv edilib.

Ruhinin vəkili Mecid Kaveh iddia edilən cinayətlərə görə 3 dəfə ölüm cəzasına məhkum edilən müvəkkili haqqında verilən ittiham qərarlarının Kassasiya Məhkəməsi tərəfindən ləğv edildiyini və mühakimə prosesinin davam etdiriləcəyini açıqlayıb.

Mövsüm