Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbirləri həyata keçirib və nəticədə odlu silah-sursatın ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi, eləcə də alqı-satqısı ilə məşğul olan cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib. Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbirləri həyata keçirib və nəticədə odlu silah-sursatın ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi, eləcə də alqı-satqısı ilə məşğul olan cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.

Bakıda silah alveri edən dəstə tutuldu - Foto

Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbirləri həyata keçirib və nəticədə odlu silah-sursatın ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi, eləcə də alqı-satqısı ilə məşğul olan cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.


AzNews.az-ın musavat.com-a istinadən məlumatına görə, Zəngilan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının Abşeron rayonu Masazır qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum edilmiş Cavid Hacıyev "Makarov" markalı tapançanı 8 ədəd patronu olan sandıqçası ilə birlikdə 2300 manata satmaq istəyən zaman saxlanılıb.

C.Hacıyevin ətrafında aparılan araşdırmaların davamı olaraq Zəngilan RPŞ və Qazax RPŞ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ona həmin silahı verən dəstənin digər üzvü, Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Samir Məmmədov da tutulub.

Araşdırmaların davamı olaraq müəyyən edilib ki, S.Məmmədov həmin silah-sursatı bu ilin fevral ayının 5-də "Niko" ləqəbli Gürcüstan vətəndaşından götürərək C.Hacıyevə çatdırıb.

Əməliyyat tədbirlərinin davamı olaraq cinayətkar dəstənin daha iki üzvü, Qazax rayon sakinləri, əvvəllər məhum olumuş Tural Haqverdiyev və Raqif Hacıyev müəyyən edilərək saxlanılıblar.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayətin digər iştirakçılarının da tapılıb tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.