Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Şəmkirdə məktəbli bıçaqlandı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.


Rayonun Yuxarı Çaykənd kənd sakini, 2000-ci il təvəllüdlü Vüsal Aqil oğlu Əhmədov sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda əməliyyat edilən məktəblinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Şəmkir rayon Polis Şöbəsindən bildirilib ki, cinayəti törədən şəxs məlumdur və onun saxlanması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

APA.az