- Köhnə - Kriminal
- 25 Fevral 2016 19:28
- 7 511
Məktəbdə müəlliməni döydülər - Bakıda
Bakının Səbail rayonunda orta məktəbdə xoşagəlməz hadisə baş verib.
AzNews.az teleqraf.com-a istinadən xəbər verir ki, insident N.Rəfibəyli küçəsi, 13 ünvanında yerləşən 189 saylı orta məktəbdə qeydə alınıb.
Həmin məktəbdə hələ kimliyi dəqiqləşdirilməyən valideyn xuliqanlıq zəmnində Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Yelena Murad qızı İbadovanı döyüb.
Yelena İbadova həmin orta məktəbdə müəllimə işləyir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.