- Köhnə - Kriminal
- 14 Aprel 2016 20:40
- 5 660
20 yaşlı gənc güllələndi - Gəncədə

Gəncədə güllələnmə olub.
Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Həsənzadə Mətləb Ələkbər oğlu sağ bud nahiyəsinin güllə yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı zəmində baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
APA