Dünən Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış idarəsinin əməkdaşları tərəfindən 52 yaşlı “qanuni oğru” saxlanılıb. Dünən Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış idarəsinin əməkdaşları tərəfindən 52 yaşlı “qanuni oğru” saxlanılıb.

52 yaşlı “qanuni oğru” saxlanıldı - 5 il həbs cəzası verilə bilər

Dünən Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış idarəsinin əməkdaşları tərəfindən 52 yaşlı “qanuni oğru” saxlanılıb.


AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, kriminal aləmdə Qiya Beremena ləqəbilə məşhur olan "qanuni oğru" Georgi Beriyev (Beriaşvili) dövlət sərhədini qanunsuz keçdiyi üçün saxlanılıb. "Qanuni oğru" barədə cinayət işi başladılıb.

Xatırladaq ki, ötən ilin dekabrında "Persona non-grata" olan gürcü "qanuni oğru" Yaroslavlda saxlanılıb və Rusiya ərazisindən deportasiya olunub. Beriaşvilinin Rusiyaya girişinə ömürlük qadağa qoyulub. Lakin buna baxmayaraq fevralın 29-da "qanuni oğru" geri qayıdıb. Əgər Beriyevin günahı sübut olunsa, onu 5 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.



Aydan