- Köhnə - Kriminal
- 29 Aprel 2016 13:23
- 6 576
Mağaza sahibi heroinlə yaxalandı
Bakıda sahibkarın mağazasında heroin aşkarlanıb.
AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Xəyyam İsmayılovdan 0,147 qram heroin götürülüb.
Onun rayon ərazisindəki mağazasına baxış zamanı isə əlavə olaraq 300,822 qram heroin aşkar edilərək götürülüb.