Ötən gün Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən kriminal general Zaxari Kalaşov (Şakro Molodoy) saxlanılıb. Ötən gün Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən kriminal general Zaxari Kalaşov (Şakro Molodoy) saxlanılıb.

Məşhur kriminal general saxlanıldı - Video

Ötən gün Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən kriminal general Zaxari Kalaşov (Şakro Molodoy) saxlanılıb.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kalaşov qəsb etməkdə şübhəli bilinir. Kriminal generalın saxlanılması həm "qanuni oğru", həm də onun ətrafı üçün gözlənilməz olub.

Şakro Molodoy əli qandallanmış vəziyyətdə Daxili İşlər Nazirliyinin Baş İdarəsinə aparılıb. Burada dindirilən Kalaşovun saxlanma qərarının davam edəcəyi bildirilir.

Qeyd edək ki, Zaxari artıq çoxdandır ki kriminal aləmdə önəmli yer tutur. Düzdür, onun zirvəyə qalxması uzun vaxt alıb. 2006-cı ildə Şakro Molodoy saxlanılaraq İspaniyaya ekstradisiya olunub. Burada çirkli pulların yuyulmasında günahlandırılan Şakro uzun müddət həbsdə qalaraq, 2014-cü ilin oktyabrında azadlığa çıxıb. Dərhal Rusiyaya qayıdan Zaxari 2013-cü ildə öldürülən Aslan Usoyandan (Ded Xasan) sonra boşalan zirvəni tutaraq kriminal aləmdə "bütün bossların bossu"na çevrilib.



Aydan AXUNDOVA