- Köhnə - Kriminal
 - 21 İyul 2016 15:06
 - 10 868
 
“Şakro Molodoy” hakim qarşısına çıxarılır
            Rusiyada həbs olunan “kriminal general” Zaxari Kalaşovun (Şakro Molodoy) apelyasiya məhkəməsi keçiriləcək.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Moskva şəhər məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Kalaşovun həbsə alınması barədə məhkəmə qərarının ləğvi barədə apelyasiya ərizəsinə avqustun 8-də baxılacaq.
Xatırladaq ki, Moskvanın Tverski məhkəməsi iyulun 13-də Kalaşovun həbs olunması barədə qərar qəbul edib. "Qanuni oğru" pul mənimsəməkdə ittiham edilir.
Aydan