- Köhnə - Kriminal
- 28 Noyabr 2012 08:38
- 3 069
Polis “Zenit bet”də əməliyyat keçirdi

AzNews.az nazirliyin saytına istinadən xəbər verir ki, idarə əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisindəki "Zenit bet" klubunda, Bakı şəhər sakinləri Aslan Quliyevin və Rəşad Bədəlovun mərc oyunları təşkil etmələri müəyyən edilib.
Kluba baxış zamanı 1 ədəd kompüter, 2 ədəd televizor, 1 ədəd modem, 1 ədəd antena bloku, 66500 manat dəyərində 1654 ədəd müştərilərə satılmış kupon qəbzlərin kötükləri, 232 manat pul və digər ləvazimatlar aşkar edilib. Aşkar edilən ləvazimatlar və digər maddi sübutlar götürülüb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
AzNews.az