- Köhnə - Kriminal
- 31 Oktyabr 2016 18:57
- 7 114
Ağsu sakini həmkəndlisini bıçaqladı
Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləngəbiz kəndində qeydə alınıb. Kənd sakini 1998-ci il təvəllüdlü Novruzov İntiqam Şiraz oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 2000-ci il təvəllüdlü Muradov Süleyman Əvəz oğlunu bıçaqlayıb. Bədənin iki yerindən bıçaq xəsarəti alan Süleyman Muradov Ağsu Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
AzNews.az