Goranboy Rayon Mərkəzi Xəstəxanası sevgilisi tərəfindən ölümcül döyülən qadının səhhəti ilə bağlı açıqlama verib. Goranboy Rayon Mərkəzi Xəstəxanası sevgilisi tərəfindən ölümcül döyülən qadının səhhəti ilə bağlı açıqlama verib.

Goranboyda döyülən qadını sevgilisi dinləyirmiş - Telefonla

Goranboy Rayon Mərkəzi Xəstəxanası sevgilisi tərəfindən ölümcül döyülən qadının səhhəti ilə bağlı açıqlama verib.


Xəstəxananın həkimi Mehman Əşrəfov AzNews.az -a açıqlamasında bildirib ki, hazırda Almaz Əhmədovanın vəziyyəti orta-ağır qiymətləndirilir:

"Almaz əri tərəfindən dəmir çubuqla döyülüb. Ağır bədən xəsarətləri var. Bədənin böyük əksəriyyəti zərbələrdən əzilib. Başına, döş qəfəsindən ağır zərbələr alıb."

M.Əşrəfov hadisənin bəzi təfərrüatlarını da açıqlayıb:

"Məzahir Almaz Fərzəliyevanı qısqanıb. Ər gizlincə yataq otağına telefon qoyub. O biri otaqdan sevgilisini dinləyib. Guya telefonda kənar səslər eşidib. Buna görə də, ərlə arvad arasında münaqişə yaşanıb".

Həkim qeyd edib ki, Almaz Əhmədova Məzahir Fərzəliyevin qeyri-rəsmi birgə yaşadığı qadındır. Bundan əvvəl Məzahir Fərzəliyev 2 dəfə evli olub.

Bahar RÜSTƏMLİ
AzNews.az