Suraxanı rayonunda özünü öldürmək istəyən şəxs boğazına və ürək nahiyəsinə bıçaq zərbəsi vurub. Suraxanı rayonunda özünü öldürmək istəyən şəxs boğazına və ürək nahiyəsinə bıçaq zərbəsi vurub.

53 yaşlı kişi özünü bıçaqladı - Bakıda

Suraxanı rayonunda özünü öldürmək istəyən şəxs boğazına və ürək nahiyəsinə bıçaq zərbəsi vurub.


"Report"un xəbərinə görə, hadisə Hövsan qəsəbəsi Çöllük küçəsi ev 3-də baş verib.

1963-cü il təvvəllüdlü Dadaşov Dadaş Həsən oğlu hələlik məlum olmayan səbəblərdən qarın və ürək nahiyələrinə bıçaq zərbəsi vurub. Daha sonra isə boğazını kəsib.

Ağır xəsarət alan şəxs yaxınlarının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin müayinəsindən sonra D.Dadaşovun özünə 3 bıçaq zərbəsi vurduğu məlum olub.

Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində (RPİ) araşdırmalar aparılır.

AzNews.az