- Köhnə - Kriminal
- 1 Dekabr 2016 17:59
- 12 984
18 yaşlı Fərqanənin qətlinin - Təfərrüatları
Salyan rayonunda qardaşı tərəfindən öldürülən Fərqanə Əsədovanın qətlinin bəzi təfərrüatları məlum olub.
Xurşud kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisə səhər saatlarında baş verib: "Səhər eşitdik ki, Rauf Fərqanəni öldürüb. Amma bəzi qonşuları Fərqanənin atası tərəfindən öldürüldüyünü deyir. Hər halda Fərqanənin kim tərəfindən öldürülməsi hələ dəqiqləşməyib. Hadisə qısqanclıq zəminində baş verib".
Sakinlər Əsədovların münaqişəli ailə olduğunu vurğulayıb: "Atası dəfələrlə həbsdə yatıb. O, narkotik maddə istifadəçisi kimi ittiham olunub. 10 gün olar ki, həbsdən evə gəlib. Gələn kimi də bu cinayət işlənilib. Yəqin ki, Fərqanənin kim tərəfindən öldürüldüyü yaxın zamanda məlum olacaq".
Xatırladaq ki, bu gün saat 12.00 radələrində Salyan rayonunun Xurşud kəndində qətl hadisəsi qeydə alınıb. Həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Əsədov Rauf Əsədxan oğlu 1998-ci il təvəllüdlü qızı Fərqanə Əsədovanı bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan F. Əsədova hadisə yerində ölüb. R. Əsədov özü polisə könüllü təslim olub.
Bahar RÜSTƏMLİ
AzNews.az