Bakıda iş adamı qətlə yetirilib

Bakı şəhərinin Nəsimi rayonu ərazisində iş adamı şəxsi münasibətlər zəminində qətlə yetirilib. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Y.Qarayev əvvəlcədən tanıdığı F.İsmayılovun inşaat materialları mağazasına gəlib və burada onu bıçaqlayıb. Y.Qarayev bıçağı F.İsmayılovun ürəyinə sancıb. Endirilmiş bir zərbə iş adamının ölümünə səbəb olub.

***
12:43

Yanvarın 19-da Bakışəhərinin Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib. Bakışəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xətai prospektində yerləşən inşaat mağazasında, Bakı şəhər sakinləri Yusif Qarayev şəxsi münasibətlər zəminində mağaza sahibi Fuad İsmayılovu bıçaqla qətlə yetirib və, könüllü olaraq Nəsimi RPİ 22-ci PB-yə təslim olub.

Faktla əlaqədar cinayət işi açılıb.