“Azadlıqdan gözəl nə ola bilər ki?” “Azadlıqdan gözəl nə ola bilər ki?”

Lotu Quli AzNews.az-a məktub göndərdi!

“Azadlıqdan gözəl nə ola bilər ki?”



Moskvada "qanuni oğru" "Ded Xasan"ın öldürülməsindən sonra kriminal aləmdə bundan sonra baş verəcək proseslər diqqət mərkəzindədir. "Ded Xasan"ın qətlinin sifarişçisi ilə bağlı irəli sürülən versiyalarda Rövşən Lənkəranskinin də adı hallandırılır. Bu isə diqqətləri yenidən R. Lənkəranskinin düşməni kimi adı hallandırılan, hazırda 8 saylı cəzaşəkmə müəssisəsində cəza çəkən "Lotu Quli" ləqəbli Nadir Səlifova çəkir.

AzNews.az baş verənlərlə bağlı Nadir Səlifovdan münasibət öyrənməyə çalışıb.

Vəkili Kamandar Nəsibov vasitəsilə suallarla tanış olan N.Səlifov AzNews.az-a yazılı qeyd göndərib. Öz imzası ilə təsdiqlədiyi qeyddə diqqətə görə sayt əməkdaşlarına təşəkkür edən N. Səlifov müsahibə verməyin onun prinsipləri və həyat tərzinə uyğun olmadığını bildirib. Beləliklə də müsahibə verməyin "oğru dünyasının" qanunlarına zidd olduğunu təsdiqləmiş olub. Xatırladaq ki, uzun illər "qanuni oğru" kimi böyük nüfuza malik olan Ded Xasan da ömründə ancaq bir dəfə müsahibə verib.

Bununla belə Lotu Quli azadlıq və həbsxana arasındakı fərqlə bağlı AzNews.az-a bir cümləlik eksklüziv açıqlama da verib: "Azadlıqdan gözəl nə ola bilər ki?"

Məlumat üçün bildirək ki, Nadir Səlifovun vəkilləri Təranə Əliyeva və Gülnarə Xudabaxşıyevanın iddiası üzrə 1 saylı İnzibati - İqtisad Məhkəməsində çıxarılan qərardan appelyasiya şikayəti veriləcək. Adıçəkilən vəkillərin vəkili Kamandar Nəsibovun verdiyi məlumata görə, ötən il noyabrın 1-dən vəkillərin müdafiə etdikləri şəxslə görüşməsində yaranan problem aradan qaldırılmayıb: "Nadir Səlifovun cəza çəkdiyi 7 saylı cəzaçəkmə müəssisəsinə gedən vəkillər ötən ilin noyabrında problemlə qarşılaşıblar.
Xanım vəkillərdən əvvəlki kimi nəzarət-buraxılış məntəqəsində yox, içəridə olan otaqda yoxlanmaq tələb edilib. Bundan sonra isə xanım vəkillər cəzaçəkmə müəssisəsində müdafiə etdikləri şəxslə görüşünə imkan verilməyib".



Elnarə Əlosmanqızı
AzNews.az
image description