Məşhur “oğru” Bakıya niyə gəlib? Məşhur “oğru” Bakıya niyə gəlib?

ŞOK! Rövşən Lənkəranski Bakıdadır: bütün güc strukturları onu axtarır!

Məşhur “oğru” Bakıya niyə gəlib?


O, hansı adla sərhədi keçib?

Onu həbs etmək qərarı niyə görə verildi?

Bunların cavabı yalnız AzNews.az-da

Kriminal aləmin ən məşhur simalarından olan Rövşən Lənkəranski (Canıyev) Bakıdadır. AzNews.az-a daxil olan məlumata görə, o doğma ölkəsinə ad gününü qeyd etməyə gəlib. Onun ad günü mərasiminin Bakının məşhur restoranlarından birində təşkil olunduğu bildirilir.

Bu xəbəri aldıqdan sonra məşhur "oğrunun" ad günündə kimlərin iştirak etməsilə maraqlandıq. Və çox ilginc məlumatlar ortaya çıxdı. Məlum oldu ki, Rövşən Bakıya dünən axşam gəlib və Gömrük keçid məntəqəsindən çox rahatlıqla keçib, Bakıda onu polis saxlamayıb. Amma sonradan onun gəlişində başqa məqsədlərin ola biləcəyindən ehtiyatlanan hüquq-mühafizə orqanları "qanuni oğrunu" yaxalamaq əmri verib. Ancaq bu qərar barədə anındaca xəbər tutan Rövşən Lənkəranski gizlənməyə müvəffəq ola bilib. İndi onu yaxalamaq üçün Banditizm İdarəsinin əməkdaşları geniş əməliyyat-axtarış tədbirlərinə başlayıb.

AzNews.az-ın əldə etdiyi digər bir məlumata görə, onun Bakıya gəlişi müəyyən dairələrlə, xüsusən polislə razılaşdırılıb.
Bu razılığa baxmayaraq, Rövşən Canıyev öz sənədlərini də müəyyən qaydaya salıb. Belə ki, o, gömrük keçid məntəqəsindən rahatlıqla keçmək və sərhədçilərin diqqətini çəkməmək üçün soyadında dəyişiklik edib.

Bu dəyişik Rövşənin Bakıda olması xəbərini dəqiqləşdirmək üçün dünən ölkəyə daxil olan şəxslərin siyahısına baxıldıqda müəyyən olunub. Məlum olub ki, o, Rövşən Canıyev yox, Rövşən Əliyev adı ilə sərhədi keçib.

Hazırda axtarış davam edir. Nəticə barədə oxucularımızı məlumatlandıracağıq.

Qeyd edək ki, Canıyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski). 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26-da qeydiyyatdadır. Astara Rayon Xalq Məhkəməsinin 15.10.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi, 97-ci maddəsi il 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Səbail Rayon Məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Bu dəfə 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 15, 94-cü maddəsi (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Rövşən Canıyev cinayət məsuliyyətindən azad edilib.

2002-ci ildə isə Rövşən Canıyev barəsində olan həmin cinayət işi təzələnib. Lakin Lənkəranski istintaqdan qaçıb gizləndiyinə görə onun barəsində 01.07.2002-ci il tarixdə axtarış elan olunub.
2009-cu il dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.

2010-cu ildə dövlət ittihamçısı R.Canyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib və o, azadlığa çıxıb.

Yeri gəlmişkən, Rövşən Canıyev gənc yaşlarında atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb.

Rusiyada yaşayan Rövşən Lənkəranskinin "Ded Xasan"ın qətlindən sonra Birləşmiş Ərəb Əmirliyinə – Dubaya getdiyi deyilirdi.

Azər
AzNews.az