Penitensiar xidmətin rəisi nələrdə ittiham olunur? Penitensiar xidmətin rəisi nələrdə ittiham olunur?

Dustaqlar Mədət Quliyevə qarşı üsyana qalxacaq

Penitensiar xidmətin rəisi nələrdə ittiham olunur?



Pentensiar xidmətdə ciddi narazılıqlar baş qaldırıb. Bu haqda məlumatı "Gündəm-Xəbər" qəzeti yayıb.
Qəzetin yazdığına görə, ədliyyə nazirinin müavini, nazirliyin penitensiar xidmətinin rəisi Mədət Quliyevin gördüyü işlər böyük etiraz dalğasına səbəb olub.

Səbəb kimi isə heç bir qanunvericiliyin, həmçinin nizam-intizam, etik-davranış və idarə etmə prinsiplərinə uyğun olmayan, qanunsuz. əsassız və yanlış fikirlər əsasında idarə etmə qaydaları, əməkdaşların qanunsuz olaraq ədliyyə orqanlarından xaric edilməsi, əsassız töhmətlər, qeyri-obyektiv xidməti yoxlamalar, savadsız, lakin pullu əməkdaşların vəzifəyə təyin olunması, PX rəisinin sözü və əməllərinin uyğunsuzluğu (korrupsiyaya qarşı mübarizə, pulsuz vəzifəyə təyinat, cinayətkar aləmlə qanunsuz əlaqələr) və s. göstərilir: "Bizi məlumatlandıran mənbə onu da bildirdi ki, penitensiar xidmətin əməkdaşları arasındakı münasibət və müəssisələrdə ümumi mühit kritik vəziyyətdədir. PX rəhbərinə əsl mənada hörmət və inammı itirən əksər əməkdaşlar iş fəaliyyəti barədə deyil, həyəcan və qorxu içində özlərini şər-böhtandan qorumaq fikri ilə yaşayırlar. PX rəisinin göstərişi əsasında bütün xidməti yoxlamalar sifarişə uyğun həyata keçirilir. Əksər hallarda əməkdaşlar barədə sənədləşmə arxa tarixlə aparılır. Əməkdaşa və məhkuma böhtan ataraq çirkli yolla istədiyinə nail olmaq Mədət Quliyevin əsas iş prinsipidir".

İddia edilir ki, bu fəaliyyətin nəticəsində məhkumlar və əməkdaşlar arasında son 2 ildə yaranan gərginlik Penitensiar sistemində heç bir zaman olmayıb: "PX rəisi və onun sevimli əməkdaşları tərəfindən məhkumlara və əməkdaşlara qarşı yönəlmiş ədalətsizlik və korrupsiya halları açıq şəkildə həyata keçirilir. Mədət Quliyev komandası ilə birgə PX sahəsində "islahat" işlərini əsl mənada bazara çevirib, nəticədə həddindən artıq yaxşı pul yığmağa nail olub və uğurla bu yolu davam etdirir".


Orxan
AzNews.az