13 yaşlı uşaq ağır qəza törədib, ölən və yaralananlar var

Şirvanda ağır yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhərində 2000-ci il təvəllüdlü Elxan Elşən oğlu Abdulovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ağaca çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, sürücü hadisə yerində ölüb, bir sərnişin xəsarətlərlə vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış E. Abdulovun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarıblar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

AzNews.az