Bakı şəhərinin Xətai rayonu ərazisində intihar hadisəsi baş verib Bakı şəhərinin Xətai rayonu ərazisində intihar hadisəsi baş verib

Neft şirkətinin əməkdaşı intihar edib

Bakı şəhərinin Xətai rayonu ərazisində intihar hadisəsi baş verib



Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Zığ yolu küçəsi 35 ünvanında yerləşən yataqxanada, orada yaşayan 1985-ci il təvəllüdlü Rüstəmov Emin Vidadi oğlu intihar edib. Onun meyiti binanın 4-cü mərtəbəsində yanğın təhlükəsizliyi məqsədi ilə bərkidilmiş pilləkəndən asılı vəziyyətdə tapılıb.

Məlumata görə, intihar etmiş 28 yaşlı E.Rüstəmov Azərbaycan Dövlət Neft Şirkətinin işçisi olub. O Bakı Neft Emalı Zavodunda operator vəzifəsində işləyib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

AzNews.az