Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində Kür çayında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb. Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində Kür çayında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

Kür çayında batan şəxsin cəsədi tapıldı - Yenilənib

Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində Kür çayında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

1989-cu il təvəllüdlü Zamanov Maqsud Məmmədsadıq oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

10:52

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu, Köhünlü kəndində 1 nəfərin Kür çayında batdığı ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.​

AzNews.az