- Köhnə - Kriminal
- 26 Mart 2018 17:43
- 7 250
Mağaza sahibinin iş yerində meyiti tapıldı
Ağdaş rayonunda mağaza sahibinin iş yerində meyiti tapılıb.
"Report"un yerli bürosunun məlumatına görə, Ağdaş şəhərində yerləşən mağazaların birinin sahibi olan, 1971-ci il təvəllüdlü Rəsul Hacıyaqub oğlu Məmmədlinin mağazada meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az