- Köhnə - Kriminal
- 16 Mart 2013 09:53
- 2 495
Toyda dava: 23 yaşlı oğlan bıçaqlandı

Bu gün saat 03 radələrində Bakıda qətl hadisəsi törədilib
Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə Komsomol dairəsinin yaxınlığında 1990-cı il təvəllüdlü Həsənov Əjdər Zahid oğlu bıçaqlanaraq öldürülüb.
Hadisənin dəqiq yeri hələ müəyyən edilməyib. İlkin məlumata görə, qətl Ə.Həsənovun iştirak etdiyi toy məclisindən sonra baş verib.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri aparılır.
AzNews.az