- Köhnə - Kriminal
- 19 May 2018 14:37
- 2 849
Evi yarıb qızıl oğurlayan tutuldu

Şəkidə 8500 manat dəyərində qızıl və məişət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Aqil Sadıqovun ətrafında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun evlərin birindən 8500 manat dəyərində qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.