2 nəfərdən 11 kiloqram narkotik aşkarlandı

Yardımlı rayonunda iki nəfərdən 11 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.

Bu barədə "Report"un Cənub bürosuna DİN Mətbuat Xidmətinin Cənub Regional Qrupundan məlumat verilib.

Məlumatda bildirlib ki, iyunun 2-də Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı-Masallı yolunun 39-cu kilometrliyində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Qadir Əliyev və Masallı şəhər sakini Kənan Nuroğlu saxlanılıb. Onlardan aşkar edilən torbadan ümumilikdə 11 kiloqramdan artıq müxəlif növ narkotik vasitə - 4064,2 qram heroin, 6023,3 qram tiryək, 943,7 qram həşiş qətranı, 76,25 qram psixatrop maddə olan metamfetamin və digər dərman preparatları götürülüb.

Faktla bağlı Yardımlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Hər iki şəxs barəsində Yardımlı rayon məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

AzNews.az