Biləsuvarda bıçaqlanma hadisəsi olub. Biləsuvarda bıçaqlanma hadisəsi olub.

Həmkəndlisini bıçaqlayan şəxs tutuldu

Biləsuvarda bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, rayonun Xırmandalı kəndi ərazisində naməlum şəxsin kənd sakini Bəhruz Əliyevə bıçaqla xəsarət yetirməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən kənd sakini Rəşad Muradzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Rayon Polis Şöbəsində araşdırma aparılır.