Həkimi qonşusunun öldürdüyü məlum olub

Daxili İşlər Nazirliyi Şəkidə təcili tibbi yardım stansiyasının həkiminin ölümü ilə bağlı məlumat yayıb.

AzNews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da Şəki rayon mərkəzi xəstəxanasından daxil olmuş məlumatda şəhər sakini Ələsgər Teymurovun həkim işlədiyi təcili tibbi yardım stansiyasının həyətində ölməsi və baş nahiyəsində xəsarətinin olması bildirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Teymurovun həmin gün yaşadığı evin qarşısında qonşusu Şahin Mirzəyevlə mübahisə etməsi və bu zaman Ş.Mirzəyevin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Ş.Mirzəyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.