Gəncədə 3 min dollara narkotik maddə satan şəxs yaxalanıb

Gəncədə narkotik maddə satışının qarşısı alınıb. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəis əvəzi, polis polkovnik leytenantı Rəfael İsmayılovun APA-ya verdiyi məlumata görə Şəmkir sakini, 1959-cu il təvəllüdlü Sərdar Aslanov 8,1 kiloqram narkotik maddə olan marixuananı Gəncədə 3 min ABŞ dollarına satmaq istəyərkən saxlanılıb. Saxlanılan şəxs əvvəllər soyğunçuluq etdiyinə görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı toplanılan materiallar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilib.

AzNews.az