Arvadı yox, özü öldü

Şamaxı sakini həyat yoldaşını qətlə yetirdiyini zənn edərək özünü öldürüb


Hadisə bu gün saat 13:00 radələrində rayonun Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Şeydayev Gülhəsən Şirin oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci il təvəllüdlü Şeydayeva Pakizə Məmməd qızını döyərək ona küt alətlə ağır bədən xəsarətləri yetirib. Gülhəsən Şeydayev həyat yoldaşının aldığı xəsarətlərdən öldüyünü zənn edərək ov tüfəngi ilə özünü güllələyib. O, ürək nahiyəsindən aldığı yaradan dünyasını dəyişib, iki uşaq anası Pakizə Şeydayeva isə ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gedib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az