Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib. Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.

Keçmiş məhkum 10 manatlıq cinayət törədib

Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxs Gədəbəy rayon sakini Tural Hüseynovu bıçaqla hədələyib, onun 10 manat pulunu alıb.

13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Köşəbəyi Muradov saxlanılıb.