İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Azərbaycana ekstradisiya olunub. İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Azərbaycana ekstradisiya olunub.

İnterpolun axtardığı azərbaycanlı Ukraynada tutuldu

İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Azərbaycana ekstradisiya olunub.

AzNews.az Virtual.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin məlumat verib.

Azərbaycanlı “narkobaron” Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib:

“Xəlilov Ukraynada saxta sənədlərlə yaşayıb və “vaxtını boş yerə itirməyib”. Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda E.Xəlilov status qazanıb və “vor zakon” olmağa can atır”, - deyə Yenin bildirib.

Ukrayna Milli Polisi başçısının birinci müavini Vyaçeslav Abroskin özünün “Facebook” səhifəsində yazıb ki, saxlanılmış şəxs “vor zakon”ların fəaliyyəti ilə bağlı vacib ifadələr verib:

“Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli “vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”.