- Köhnə - Kriminal
- 5 Sentyabr 2018 17:18
- 7 261
Motosiklet oğruları saxlanıldı
Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinə ərizə ilə müraciət edən Moranlı kənd sakini Vüqar Mansurov sentyabrın 4-nə keçən gecə həyətindən “İJ Planet-3” markalı motosikletinin oğurlandığını bildirib.
Bu haqda AzNews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumatda bildirilib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin motosikletin Neftçala rayonu ərazisində olduğu müəyyən edilib. Qaragüney PB-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Moranlı kənd sakinləri Ramin Talıblı , Əli Əliyev və Bala Həşimxanlı kənd sakini Yengibar Məstəliyev saxlanılaraq bölməyə gətirilib.
Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
AzNews.az